FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO

FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO
26.01.2026 11:59 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Mürəkkəb relyefli ərazidə axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat verib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti olaraq meşə massivində xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə “xilas edərək” təhlükəsiz əraziyə təxliyə ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

TodayPress TV



FOTOLAR

FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO — 1
FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO — 2
FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO — 3
FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO — 4
FHN-in Şimal Regional Mərkəzi təlim keçirdi -FOTO — 5
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər