"Əlçatan metro" layihəsindən 4 min sərnişin istifadə edib

"Əlçatan metro" layihəsindən 4 min sərnişin istifadə edib
03.12.2025 14:25 Cəmiyyət

Son 3 ildə "Bakı Metropoliteni" QSC-nin "Əlçatan metro" layihəsindən təxminən 4 000 sərnişin istifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumata görə, təkcə bu ilin yanvar-noyabr aylarında layihədən faydalanmış şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % çox olub.

2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş "Əlçatan metro" layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilər.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər