Donuz ətli konservlərin gətirilməsi iddialarına AQTA-dan REAKSİYA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan Azərbaycana ixrac olunan və halal olaraq təqdim edilən mal əti konservləri ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Rusiyanın "Oryolprodukt" ASC-nin mediada adı hallanan, istehsal tarixi göstərilən məhsul partiyası Azərbaycana daxil olmayıb.