Daha bir marşrut xətti avtobusları yeniləyir

Daha bir marşrut xətti avtobusları yeniləyir
20.07.2025 17:05 Cəmiyyət

26 nömrəli marşrutun avtobusları yenilənir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.

Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər