Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkildi

Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkildi
15.11.2025 05:44 Cəmiyyət

Cəlilabad rayonunda 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

TodayPress TV-nin məlumatına görə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində növbəti aksiya keçirilib.

Bu çərçivədə Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılıb, həmçinin boş qalmış sahələr dəqiqləşdirilib.

Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin ərazilərdə 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər