Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
24.06.2026 00:30 Cəmiyyət

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin bir hissəsində (Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə) 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunub.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər