Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA

Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
13.12.2025 21:15 Cəmiyyət
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir.

Xidmətdən TodayPress TV-yə verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Qəbələ və Şəkidə 25, Daşkəsəndə 23, İsmayıllıda 22, Mingəçevir və Şahdağda 20, Oğuz, Şamaxı və Qobustanda 18, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Tərtərdə 16, Qaxda 15 m/s-yə çatır.

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər