Bəzi ərazilər işıqsız qalacaq

Bəzi ərazilər işıqsız qalacaq
18.11.2025 09:29 Cəmiyyət

18 noyabr elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir işləri aparılacaq.

Bu barədə TodayPress TV-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Mikayıl Mikayılov və Asəf Zeynallı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər