Bakıda tikinti üzrə əsas göstəricilər açıqlandı
Bu ilin yanvar-may aylarında Bakıda aparılan ümumi inşaat işlərinin 91,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Bu barədə TodayPress TV-yə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Beş ayda paytaxtda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 87%-ni inşaat, yenidənqurma və bərpa, 6,2%-ni əsaslı təmir, 3,5%-ni cari təmir, 3,3%-ni isə sair tikinti işləri təşkil edib.