“AZSIĞORTA” ASC-də yeni təyinat oldu

“AZSIĞORTA” ASC-də yeni təyinat oldu
05.06.2025 09:42 Cəmiyyət

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib.

TodayPress TV xəbər verir ki, İqbal Rüstəmovun karyerası əsasən Azərbaycan bank və texnologiya sektorunu əhatə edir.

O, indiyədək "Bank of Baku" ASC, “Kapital Bank” ASC və “AFB Bank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri vəzifəsində çalışır. 

İqbal Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Managementin idarəetmə təlimini və IE Business School Executive MBA proqramlarını bitirib.

Hazırda “AZSIĞORTA” ASC-nin Direktorlar Şurası aşağıdakı tərkibdə fəaliyyət göstərir: sədr – Direktorlar Şurasının müstəqil üzvü Viladi Maniyev, Direktorlar Şurasının üzvü Elnur Qurbanov və Direktorlar Şurasının müstəqil üzvü İqbal Rüstəmov.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

FOTOLAR

“AZSIĞORTA” ASC-də yeni təyinat oldu — 1
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər