“AzInTelecom”un YENİ RƏHBƏRİ KİMDİR? - FOTO

Cəmiyyət

13.05.2026 13:11

Elxan Əzizov “AzInTelecom” MMC-nin baş direktoru təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “APA-Economics”in əldə etdiyi məlumat şirkətdən təsdiqlənib.

Qeyd edək ki, E.Əzizov bu vaxta qədər qurumda baş direktor vəzifəsinin müvəqqəti icraedicisi olub.

Xatırladaq ki, ötən ilin oktyabr ayında “AzInTelecom”un idarəetmə strukturunda dəyişiklik edilib. Bununla qurum kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçib. Yeni struktura əsasən qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilib. Nəticədə İdarə Heyətinin sədri vəzifəsini baş direktor vəzifəsi ilə əvəzlənib.


TodayPress TV

tag: AzInTelecom,Elxan Əzizov,baş direktor,Təyinat,Todaypress.tv,