Azərbaycanda nə qədər gənc ev sahibidir?

Cəmiyyət

06.05.2026 18:00

Gənclərin valideyn evindən ayrılıb müstəqil yaşamağa başlaması halları artıb. Onlar ya təhsil və iş, ya da evləndikləri üçün yeni həyata başlayırlar. Azərbaycanda, xüsusilə paytaxtda ev almaq çətindir.

Bəs gənclər üçün mənzil əlçatanlığı nə qədərdir?

TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, Azərbaycanda ev təsərrüfatının başçısı 30 yaşa qədər olan gənc ailələrin 91,2 faizi öz mülkiyyətində olan mənzil və ya evdə yaşayır.

Komitənin “Azərbaycan gəncləri – 2025” statistik məcmuəsində yer alan göstəricilərə əsasən, bu ev təsərrüfatlarının cəmi 4,1 faizi dövlətə, 3,5 faizi isə bələdiyyəyə məxsus mənzillərdə kirayə və ya digər şərtlərlə məskunlaşıb. 

Araşdırmalara görə, evlərin bəziləri sovet dövründən qalan irsi mülkiyyət və ya ailə daxili mirasın qalması ilə bağlıdır. Təbii ki, dövlət tərəfdən də gənclər və ailəlilər üçün proqramlar var. Onlar "güzəştli mənzil" sistemi köməyilə aşağı faizlə ev ala bilirlər. Bəziləri isə şəhərin müxtəlif yerlərindən sərfəli qiymətə torpaq alıb, həyət evləri tikirlər. Çünki bu evlərin qiymətlərini tikiliş formasına görə tənzimləmək mümkündür.

Qeyd edək ki, ev almağa imkanı çatmayan şəxslər ya kirayə, ya da ana-ata ilə qalırlar. Bu da müəyyən çətinliklər yaradır.

Nəzərə alsaq ki, ildən-ilə mənzil qiymətləri artır, bu sahədə müəyyən işlərin görülməsi vacib hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Azərbaycan,Gənc,Ev,Alış,Todaypress.tv,