Azərbaycanda bir vəkil cərimələndi, digərinə xəbərdarlıq edildi

Cəmiyyət

03.12.2025 14:31

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və digər vəkil qurumlarına keçməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə üç vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, bir vəkilə xəbərdarlıq tətbiq edilib, bir vəkil isə cərimələnib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

tag: Vəkillər Kollegiyası,Anar Bağırov ,Rəyasət Heyəti,İclas,Todaypress.tv,