AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
18.07.2025 14:31 Cəmiyyət

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə TodayPress TV-yə agentliyin mətbuat xidmətindən məlumat verilib.

Müşahidə Şurasının 2025-ci ildə növbəti iclası Şura sədri, Milli Məclisin deputatı Nigar Arpadarainin sədrliyi ilə baş tutub.

2023-cü ilin oktyabrında yaradılmış Müşahidə Şurasının əsas məqsədi AMADA-nın fəaliyyətində şəffaflığın artırılması, hesabatlı idarəetmə mexanizmlərinin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin olunmasıdır.

İclasda AMADA-nın 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətinə dair təqdimat dinlənilib. Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək hesabatla bağlı ətraflı məlumat verib. O, hesabat dövründə həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat təqdim edib.

Müşahidə Şurasının üzvləri gündəlikdəki məsələlər üzrə fikir mübadiləsi apararaq bir sıra qərarlar qəbul ediblər. 2025-ci ilin ilk yarısına dair hesabat müzakirə olunub və əsas fəaliyyət istiqamətlərində müşahidə edilən müsbət dinamika xüsusi vurğulanıb. Qərara alınıb ki, mövcud dinamika qorunmalı və aparılan islahatların davamlılığı təmin olunmalıdır.

İclasda həmçinin AMADA-nın Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı ildə keçiriləcək Avropa üzrə illik simpoziumuna ev sahibliyi etmək təşəbbüsü də müzakirə olunub. Müşahidə Şurası bu təşəbbüsü Agentliyin beynəlxalq arenada fəaliyyətinin yeni və mühüm mərhələsi kimi qiymətləndirib. Bildirilib ki, bu addım Azərbaycanın qlobal antidopinq hərəkatında fəal iştirakını və təmiz idmana verdiyi önəmi nümayiş etdirir.

AMADA qarşıdakı dövrdə də şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi hədəfləyir. Müşahidə Şurası isə bu prosesə nəzarət və istiqamət verməklə öz töhfəsini əsirgəməyəcək.

FOTOLAR

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 1
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 2
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 3
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 4
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 5
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 6
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 7
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər