ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
TodayPress TV bu barədə ADY-yə istinadən xəbər verir.
ADY sərnişin tələbatını təmin etmək məqsədilə 3 və 4 iyul tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək:
• 3 iyul, saat 07:30 - Bakı-Qəbələ
• 4 iyul, saat 19:00 - Qəbələ-Bakı