ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun iyunun 27-də Beyləqan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi iyunun 25-nə dəyişdirilib.
Bu barədə TodayPress TV-yə ADSEA-dan məlumat verilib.
Qeyd edək ki, Beyləqan rayonunda keçiriləcək vətəndaş qəbulu Beyləqan, Füzuli və Xocəvənd rayonlarının sakinləri üçün nəzərdə tutulub.