ABB və "m10" arasında pul köçürmələri dayandırıldı
24 iyun 2026-cı il saat 00:00-dan etibarən m10 tətbiqindən ABB kartlarına vəsait köçürmək, həmçinin ABB kartları vasitəsilə m10 elektron pul kisəsini artırmaq mümkün olmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə istifadəçilərə rəsmi məlumat verilib.
Bildirilib ki, ABB-nin digər köçürmə və ödəniş xidmətləri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək və müştərilər həmin xidmətlərdən istifadə edə biləcəklər.
Qeyd olunub ki, sözügedən əməliyyatların yenidən əlçatan olması ilə bağlı hər hansı dəyişiklik baş verərsə, istifadəçilərə əlavə məlumat təqdim olunacaq.
Türkan İsgəndərli