2025-ci ildə orduda qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb

2025-ci ildə orduda qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb
18.07.2025 15:18 Cəmiyyət

2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb.

TodayPress TV xəbər verir ki, bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.

O qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,2 faizi açılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər