Zikh lideri: “Langar” ənənəsi sosial ədalətin simvoludur”
Xarici siyasət
16.01.2026 10:43
“Zikh icmasının dünyada tanınmasının əsas səbəblərindən biri sosial bərabərliyi real şəkildə tətbiq edən “langar” ənənəsidir”.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyada fəaliyyət göstərən Zikh icmasının aparıcı icraçı rəhbəri Sidhu Dabinderjit Singh Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, dünyanın minlərlə gurdvarasında hər kəs – dinindən, sosial statusundan və inanclarından asılı olmayaraq bir süfrə arxasında əyləşərək pulsuz yemək yeyir. Bu yanaşma Zikh fəlsəfəsində zənginlə kasıbın, fərqli inancların tam bərabərliyini ifadə edir.
Sidhu Dabinderjit Singh qeyd edib ki, Zikh tarixində dini azadlıqların müdafiəsi uğrunda ağır qurbanlar verilib və bu irs bu gün də sikh icmasının insan hüquqları və ədalət prinsiplərinə sadiqliyini müəyyənləşdirir.
Qiymət Mahir
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,
