Ukrayna Rusiya gəmilərinə Britaniya istehsalı dronlarla hücum etdi

Ukrayna Rusiya gəmilərinə Britaniya istehsalı dronlarla hücum etdi
16.10.2026 01:03 Dünya

Ukrayna Qara dənizdə Rusiya gəmilərinə qarşı Britaniya istehsalı olan dəniz dronlarından istifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə TASS “The Times” qəzetinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Böyük Britaniyanın Hempşir qraflığında yerləşən “Kraken Technology” şirkətinin istehsal etdiyi K3 Scout sürətli pilotsuz katerlərindən gedir. Belə bir aparatın qiyməti təxminən 250 min funt sterlinqdir.

Qəzet qeyd edir ki, katerlər nəzərdə tutulan hədəflərə çatmaq üçün yüzlərlə kilometr məsafə qət ediblər.

Böyük Britaniyanın müdafiə naziri Con Hili oktyabrın 15-də Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edib. O, çıxışı zamanı Ukraynanın hər birinin qiyməti təxminən 250 min dollar olan pilotsuz katerlərdən Rusiya gəmilərinə qarşı istifadə etdiyini təsdiqləyib.

Avqust ayında Rusiyanın Londondakı səfirliyi bəyan edib ki, Böyük Britaniya Kiyevin Rusiyaya qarşı yönəlmiş fəaliyyətlərinə dəstək verdiyinə görə məsuliyyət daşımalı olacaq.

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər