Rusiya Yerlə kifayətlənmir: İndi hədəf Aydır
Rusiya 2030-cu illərin ortalarınadək Ayda atom enerji qurğusu inşa etməyi planlaşdırır. Layihənin məqsədi gələcəkdə Ayda yaradılması nəzərdə tutulan stansiyanın enerji təminatını təşkil etməkdir.
TodayPress TV xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçov VDNX ərazisində yerləşən “Atom” muzeyində xarici alimlər üçün təşkil olunan ekskursiya zamanı danışıb.
Onun sözlərinə görə, atom enerji qurğusu Ayın mənimsənilməsi üçün yaradılacaq infrastrukturun bir hissəsi olacaq.
Kübra Musayeva