Zikh lideri etnik azlıqlara qarşı repressiyaları tənqid etdi

Xarici siyasət

16.01.2026 10:16

“Hindistan tez-tez dünyanın ən böyük demokratiyası kimi təqdim edilsə də, ölkədə etnik və dini azlıqlara qarşı sistemli zorakılıq və ayrı-seçkilik mövcuddur”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Kanadada fəaliyyət göstərən “Sikh Federation in Canada” təşkilatının sədri Bual Moninder Singh Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən və Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda səsləndirib.

Çıxışı zamanı o bildirib ki, Hindistan özünü demokratik və çoxtərəfli cəmiyyət kimi təqdim etsə də, praktikada bir çox xalqların və icmaların mövcudluq və suverenlik hüquqları pozulur. Onun sözlərinə görə, zikhlərə, dalitlər, müsəlmanlar, xristianlar, eləcə də dünyanın ən çox hərbiləşdirilmiş bölgələrindən biri olan Kəşmir əhalisi uzun illərdir dövlət zorakılığı və institusional ayrı-seçkiliklə üz-üzədir.

Kanadalı zikh lideri Hindistan Konstitusiyasının 25B maddəsinə də diqqət çəkərək vurğulayıb ki, bu maddədə sikhlər, buddistlər və caynlar ayrıca dini və ya milli icma kimi tanınmır, hindu dininin qolları kimi təqdim olunur. Bu isə zikh kimliyinin konstitusion səviyyədə inkarı deməkdir.

O qeyd edib ki, 1984-cü ildə zikhlərə qarşı törədilmiş kütləvi zorakılıqların kökləri də məhz siyasi fürsətçilik, dövlət repressiyası və zikh kimliyinin sistemli şəkildə inkarına dayanır.

Qiymət Mahir

TodayPress TV

tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,