Xəzər üzərindən yeni nəqliyyat xəritəsi: İlham Əliyevdən mühüm açıqlama
Nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən
biridir.
TodayPress TV xəbər verir ki,
bunu Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının
8-ci Məşvərət görüşündə bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Xəzər dənizi ölkələrimiz arasında
qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər
iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha
sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”.
Prezident, həmçinin deyib: “Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”.