Vyetnamla elektromobillərin istehsalı müzakirə edildi

Xarici siyasət

15.01.2026 15:29

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyetnamın “VinFast” şirkətinin İdarə Heyətinin sədri Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə ətraflı məlumat verilib. Investorlar üçün yaradılmış hüquqi və institusional mexanizmlər, vergi və gömrük güzəştləri, sənaye zonaları, investisiya təşviqi alətləri, eləcə də ölkədə mövcud olan sabit makroiqtisadi mühit diqqətə çatdırılıb.

Tərəflər Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparıblar.

Görüş zamanı yerli istehsalın təşviqi, elektrik avtomobillərinin istehsalı sahəsində birgə fəaliyyət imkanları, həmçinin bu sahədə texnologiya və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

TodayPress TV

tag: Mikayıl Cabbarov,VinFast” şirkəti,Görüş,Le Thi Thu Thuy,Todaypress.tv,