Ukrayna dilinin tədrisinin genişləndirilməsi müzakirə edildi

Ukrayna dilinin tədrisinin genişləndirilməsi müzakirə edildi
16.01.2026 17:42 Xarici siyasət

Ukrayna səfiri Yuri Qusev Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşündə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

TodayPress TV xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Emin Əmrullayevlə məhsuldar görüş keçirildi. 2025-ci ildə təhsil sahəsində əməkdaşlıq və 2026-cı il üçün prioritetlər, o cümlədən diplomların tanınması, ikili diplom proqramları və Azərbaycanda Ukrayna dilinin tədris imkanlarının genişləndirilməsini müzakirə etdik", - diplomat yazıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər