Türkiyə səfiri: “Heydər Əliyev qurucu lider kimi tarixə düşüb”

Xarici siyasət

12.12.2025 12:25

“Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərinin möhkəm təməl üzərində yenidən formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var”.    

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə verdiyi açıqlamada bildirib.  

O deyib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çoxsaylı çətinliklərin aradan qaldırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində, eləcə də ölkənin iqtisadi və mədəni inkişafında mühüm rol oynayıb. Səfir vurğulayıb ki, Heydər Əliyev qurucu bir lider kimi müasir Azərbaycanın formalaşmasında həlledici iz buraxıb və bugünkü Azərbaycan böyük ölçüdə onun siyasi irsinin nəticəsidir: 

Birol Akgün Ümummilli liderin müəllifi olduğu “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq qeyd edib ki, bu prinsip Türkiyə və Azərbaycan xalqları üçün qiymətli və davamlı bir mirasdır. 

Qiymət Mahir

TodayPress TV

tag: Birol Akgün,Səfir,Heydər Əliyev,Qurucu lider,Todaypress.tv,