Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”

Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”
10.02.2026 20:58 Xarici siyasət

“Azərbaycan–İran arasında iqtisadi əməkdaşlıq demək olar ki, bütün əsas sahələri əhatə edir və birgə layihələr regional nəqliyyat və enerji əlaqələrini gücləndirir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu inkişafdan bəhs edərkən İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəal rolunun xüsusi vurğulanması vacibdir:

“Prezidentlərin tapşırıqları çərçivəsində nəqliyyat, enerji, ticarət, infrastruktur və rabitə sahələrində mühüm layihələrin icrası təmin olunur. Bu layihələrin bir qismi hazırda icra mərhələsindədir, bəziləri tamamlanmaq üzrədir, digərləri isə artıq yekunlaşdırılaraq istifadəyə verilib. Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclasının bu sahələrin daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminik”.

Baş nazirin müavini qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan–İran Biznes Forumunda hər iki ölkə Prezidentinin birgə iştirakı dövlətlərin özəl sektorun inkişafına və iqtisadi tərəfdaşlığa verdiyi böyük əhəmiyyəti açıq şəkildə nümayiş etdirir.

Şahin Mustafayev vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji dayaqlarından biri olaraq qalır. Birgə layihələr regional bağlantıların gücləndirilməsinə və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal–Cənub və Şərq–Qərb marşrutlarının inkişafına xidmət edir.

Onun sözlərinə görə, hazırda icra olunan əsas layihələr sırasında Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Buraya Ağbənd–Kalalə və Ordubad–Siyahrud avtomobil yolu körpülərinin tikintisi daxildir. Eyni zamanda Azərbaycan investisiyası hesabına İranda, Astara şəhərində quru yük dəmir yolu terminalının tikintisi ardıcıl şəkildə davam etdirilir.

Baş nazirin müavini əlavə edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) çərçivəsində dəmir yolları, avtomobil yolları və limanları əhatə edən müasir infrastruktur formalaşdırılır. Bu dəhlizin funksionallığının artırılması, yük həcmlərinin genişləndirilməsi və tranzit müddətlərinin rəqəmsal həllər və gücləndirilmiş gömrük koordinasiyası vasitəsilə azaldılması istiqamətində praktiki addımlar atılır. Bu məsələlər ötən ilin oktyabrında Bakıda Azərbaycan, İran və Rusiya arasında keçirilən üçtərəfli görüşdə ətraflı müzakirə olunub və nəticədə xüsusi İşçi Qrupları yaradılıb.

Şahin Mustafayev bildirib ki, enerji gündəliyində “Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyaları, eləcə də “Ordubad–Marazad” SES layihələri mərkəzi yer tutur. Bu təşəbbüslər yalnız enerji sahəsində əlaqələri gücləndirmir, eyni zamanda “yaşıl enerji” sektorunun inkişafı üçün yeni perspektivlər açır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
"Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bütün Xəbərlər