Pezeşkian Ermənistana gedir
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana qısamüddətli səfər edəcək. Səfər çərçivəsində onun beynəlxalq konfransda iştirakı və bir sıra ölkələrin liderləri ilə görüşləri nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Bildirilib ki, Pezeşkian BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransında (COP17) iştirak edəcək. Səfər zamanı digər ölkələrin rəhbərləri ilə danışıqların aparılması və fikir mübadiləsinin keçirilməsi də planlaşdırılır.
İsmayıl Bəqai qeyd edib ki, İran Bioloji Müxtəliflik üzrə Konvensiyanı imzalayan ilk ölkələrdən biri olub və 1996-cı ildə sənədə rəsmi şəkildə qoşulub.
Onun sözlərinə görə, son üç onillikdə İran biomüxtəlifliyin qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı mexanizmlərin və qaydaların hazırlanmasında iştirak edib.
Türkan İsgəndərli