Nazir: “Birgə Komissiya əməkdaşlığı genişləndirir”

Xarici siyasət

26.01.2026 16:02

“Azərbaycan–İsrail Birgə Komissiyası münasibətlərin genişləndirilməsi baxımından səmərəli mexanizm rolunu oynayır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail Biznes Forumunda bildirib. 

Nazirin sözlərinə görə, Birgə Komissiyanın 4-cü iclası 2025-ci ilin noyabr ayında Qüds şəhərində keçirilib. İclas çərçivəsində enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, kibertəhlükəsizlik, turizm və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq prioritetləri nəzərdən keçirilib. 

Mikayıl Cabbarov vurğulayıb ki, Birgə Komissiya platforması Azərbaycan ilə İsrail arasında əlaqələrin daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm institusional baza yaradır.  

Qiymət Mahir

TodayPress TV

tag: Azərbaycan,israil,Komissuya,Forum,Todaypress.tv,