Maldiv adalarının nazirindən ÇAĞIRIŞ: “Bizə təcili dəstək lazımdır!”
“Kiçik ada dövlətləri üçün uyğunlaşma tədbirləri fərqli və daha təcili olmalıdır”.
TodayPress TV xəbər verir ki, bunu bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Maldiv adalarının İnfrastruktur, Mənzil və Şəhərsalma Naziri Abdulla Mutthalib deyib.
O bildirib ki, sahil mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma Maldivlər üçün ən böyük və ən yüksək maliyyət tələb edən çağırışlardan biridir.
Abdulla Mutthalib qeyd edib ki, beynəlxalq tərəfdaşların dəstəyi olmadan ada ölkələrinin iqlim dəyişikliklərinə uyğunlaşması və iqtisadi dayanıqlılığını qoruması çətinləşir.
“Bizə təcili dəstək lazımdır. Kiçik ada inkişaf edən ölkələr üçün fərqli uyğunlaşma tədbirləri vacibdir və bu proseslər ləngidilməməlidir”, – deyə o vurğulayıb.
Nazir bildirib ki, “əhalinin konsolidasiyası” Maldivlər üçün əsas adaptasiya yanaşmalarından biridir və bu, adaların sayının azaldılması və resursların daha səmərəli idarə olunması deməkdir.
O əlavə edib ki, bu yanaşma əhalinin təhlükəsiz yaşayışı, xidmətlərə çıxış və davamlı infrastrukturun təmin edilməsi üçün vacibdir.
Abdulla Mutthalib beynəlxalq donorları və təşkilatları bu prosesi iqlimə uyğunlaşma tədbiri kimi tanımağa və maliyyələşdirməyə çağırıb.
“Könüllü köçürülmə və əhalinin birləşdirilməsi insanların təhlükəsiz və dayanıqlı mühitdə yaşaması üçün vacibdir”, – deyə o bildirib.
Qiymət Mahir