İlham Əliyev Trampın xüsusi elçisi ilə görüşdü

İlham Əliyev Trampın xüsusi elçisi ilə görüşdü
07.08.2025 23:52 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoff ilə görüşü olub.

TodayPress TV xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra dövlət başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Steve Uitkoffun görüşü olub.

FOTOLAR

İlham Əliyev Trampın xüsusi elçisi ilə görüşdü — 1
İlham Əliyev Trampın xüsusi elçisi ilə görüşdü — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər