İlham Əliyev altı ölkə ilə diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi sazişlərini təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev altı ölkə ilə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişləri təsdiqləyib.
TodayPress TV xəbər verir ki, dövlət başçısı Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau, Surinamla analoji sazişləri təsdiq edib.