Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşdü
22.08.2025 17:12 Xarici siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Çin Yol və Körpü Korporasiyası ilə mümkün əməkdaşlıq məsələlərinə toxunulub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər