Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşdü

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşdü
10.12.2025 18:31 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər