Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə getdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf, həmçinin digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.