BTQ-nin 2023–2025-ci illər üzrə fəaliyyəti açıqlandı

Xarici siyasət

16.01.2026 10:00

Bakı Təşəbbüs Qrupu (Baku Initiative Group) 2023–2025-ci illər ərzində həyata keçirdiyi fəaliyyətlərə dair statistik məlumatları ictimaiyyətə təqdim edib.

TodayPress TV xəbər verir ki, sözügedən dövrdə dünyanın müxtəlif ölkələrində 15 beynəlxalq konfrans təşkil olunub. 

Bununla yanaşı, 7 tematik konfrans keçirilib, Birləşmiş Millətlər Təşkilatında 6 konfrans baş tutub.

Qrupun COP29 çərçivəsində təşkil etdiyi 5 beynəlxalq konfrans da hesabatda yer alıb. Eyni zamanda, 112 onlayn tədbir keçirilib və 9 memorandum imzalanıb.

Hesabatda qeyd olunur ki, bu müddət ərzində 20-dən çox xarici ölkə və ərazi ilə əməkdaşlıq qurulub. Bundan əlavə, 41 nəşr – hesabat və kitab hazırlanaraq yayımlanıb.

Bakı Təşəbbüs Qrupu fəaliyyətini “Birlik, Azadlıq və Müstəqillik” prinsipləri əsasında həyata keçirdiyini vurğulayıb. 

Qiymət Mahir

TodayPress TV

tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,