Azərbaycan–İsrail iqtisadi əməkdaşlığı güclənib

Azərbaycan–İsrail iqtisadi əməkdaşlığı güclənib
26.01.2026 16:06 Xarici siyasət

“2025-ci il ərzində Azərbaycan ilə İsrail arasında yüksək səviyyəli qarşılıqlı əlaqələr davam etdirilib”.  

TodayPress TV xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan–İsrail Biznes Forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.   

Nazirin sözlərinə görə, il ərzində keçirilən bir sıra nazir səviyyəli görüşlər və işçi təmaslar enerji sahəsində əməkdaşlığın inkişafına, yüksək texnologiyalar, kənd təsərrüfatı və ərzaqla bağlı həllər üzrə yeni imkanların araşdırılmasına, həmçinin investisiya layihələrinin dəstəklənməsinə yönəlib.

Mikayıl Cabbarov vurğulayıb ki, bu təmaslar Azərbaycan–İsrail iqtisadi münasibətlərinin daha da dərinləşdirilməsi və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər