Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Xarici siyasət

11.03.2026 15:10

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

TodayPress TV

tag: Antonio Koşta,Avropa Şurası,Azərbaycan,Səfər,Todaypress.tv,

photo
photo