Antoniu Koşta Prezident İlham Əliyevə təşəkkür etdi
Xarici siyasət
11.03.2026 22:22
"Bakıda göstərilən səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkür edirəm".
TodayPress TV xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra "X" sosial şəbəkə hesabında yazıb.
"Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üzrə yeni çərçivə proqramı üzərində işi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu proqram bizim gələcəyə dair ortaq baxışımızı əks etdirməlidir.
Qlobal gərginlik və qeyri-sabitliyin artdığı bir dövrdə aramızdakı əlaqələrin möhkəmləndirilməsi həmişəkindən daha vacibdir.
Avropa İttifaqı İranda və Yaxın Şərqdə baş verən təhlükəli hərbi eskalasiyanın Azərbaycana birbaşa təsir göstərə biləcəyi şəraitdə Sizinlə və xalqınızla tam həmrəy olduğunu bildirir" , - deyə o, paylaşımda vurğulayıb.
tag: Bakı, İLham Əliyev, Avropa İttifaqı,Antoniu Koşta, todaypress.tv,
