ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu

ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu
10.02.2026 17:58 Xarici siyasət

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verdi.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.

TodayPress TV

FOTOLAR

ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 1
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 2
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 3
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 4
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 5
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 6
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 7
ABŞ-nin Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu — 8
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər