UEFA yenə Ağayevi seçdi: Avropada mühüm təyinat
FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
TodayPress TV xəbər verir ki, azərbaycanlı hakim UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) qarşılaşmasının baş hakimi olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşma fevralın 19-da Tampere şəhərində yerləşən “Tammelan” stadionunda baş tutacaq.
Namiq HUN