UEFA “Qarabağ”ın rəqibinə xəbərdarlıq etdi

UEFA “Qarabağ”ın rəqibinə xəbərdarlıq etdi
11.08.2025 11:47 UEFA

UEFA "Qarabağ" klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubuna xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, səbəb “Şkendiya”nın  Skopyedə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar olub.

Yerli azarkeşlər qarşılaşmada meydana yad əşyalar atıblar. Nəticədə Şimali Makedoniya çempionu xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə “Şkendiya” cərimələnəcək.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər