UEFA İsraili cəzalandıracaq?

UEFA İsraili cəzalandıracaq?
22.09.2025 12:16 UEFA

UEFA İsrailin komandalarını turnirlərdən uzaqlaşdırmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Qərarın sentyabrın 23-də qəbul edilə biləcəyi bildirilir. Hazırda İsrail tərəfi məsələnin ümumi səsverməyə çıxarılmasının qarşısını almağa çalışır. Avropa ölkələrinin çoxu İsrailin uzaqlaşdırılmasını dəstəkləməyə hazırdır.

Qərar təsdiqlənsə, İsrail yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsindən kənarlaşdırılacaq. Təl-Əvivin “Makkabi” klubu isə Avropa Liqasında iştirak edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalar Rusiyanın uzaqlaşdırılmasına bənzər formada tətbiq oluna bilər. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər