UEFA-dan "Barselona" və "Çelsi"yə ağır cəza

UEFA-dan "Barselona" və "Çelsi"yə ağır cəza
05.07.2025 04:45 UEFA
UEFA maliyyə tələblərini pozduğuna görə Avropanın bir çox klubunu cərimələyib.

TodayPress TV xəbər verir ki, onlar arasında "Barselona", "Çelsi", "Aston Villa" və "Lion" kimi komandaların adları var.

Təhlillər 2023-cü və 2024-cü illəri əhatə edib. Bu klublar futbol gəlirləri ilə bağlı qaydalara riayət etməyiblər. Nəticədə "Barselona" 15 milyon (45 milyon şərti), "Çelsi" 20 milyon (60 milyon şərti), "Aston Villa" 5 milyon (20 milyon şərti) və "Lion" 50 milyon (37,5 milyon şərti) avro cərimələnib.

Qeyd edək ki, UEFA qarşıdakı illərdə bu klubların gəlirlərini nəzarətdə saxlayacaq.
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər