UEFA: Azərbaycan mövqeyini itirdi
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
TodayPress TV xəbər verir ki, buna səbəb “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Napoli” klubuna (0:2) məğlubiyyətidir.
Azərbaycan 22.250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın isə aktivində 22.350 əmsalı var. Reytinq sıralamasında 27-ci olan Sloveniya isə 22.218 əmsal milikdir.
UEFA reytinqinə 101.783 əmsalla İngiltərə başçılıq edir.
Namiq HUN