UEFA Azərbaycan klublarına ödəniş etdi

UEFA Azərbaycan klublarına ödəniş etdi
15.07.2025 16:54 UEFA

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində "Qarabağ" istisna olmaqla, Azərbaycanın 9 klubuna ödəniş edib.

TodayPress TV xəbər verir ki, 2024/2025 mövsümü üçün ayrılan 1 milyon 279 min avro AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Beləliklə, "Neftçi", "Səbail", "Qəbələ", "Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz" və "Kəpəz" klublarının hər birinə 142 min111 avro çatıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər