Tarix təkrarlanır: “Ludoqorets” və “Ferentsvaroş” yenə üz-üzə
UEFA
31.01.2026 10:15
Cari mövsüm avrokuboklar tarixində yeni rekord qeydə alınacaq.
TodayPress TV “Opta”ya istinadən xəbər verir ki, Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” klubları eyni mövsüm ərzində beşinci dəfə üz-üzə gələcəklər.
İndiyədək avrokuboklar tarixində heç bir klub bir mövsüm ərzində eyni rəqiblə beş dəfə qarşılaşmayıb.
“Ludoqorets” və “Ferentsvaroş” Avropa Liqasının pley-off mərhələsində iki oyun keçirəcəklər. Daha əvvəl komandalar Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəliblər. Həmin qarşılaşmalar 0:0 və 3:0 hesabları ilə başa çatıb və cütün qalibi “Ferentsvaroş” olub.
Macarıstan təmsilçisi daha sonra “Qarabağ”a məğlub olaraq Avropa Liqasına düşüb. Avropa Liqasının Liqa mərhələsində isə “Ferentsvaroş” yenidən “Ludoqorets”lə qarşılaşıb və bu dəfə 3:1 hesablı qələbə qazanıb.
Namiq HUN
tag: Ludoqorets,Ferentsvaroş,Klub,Futbol,Todaypress.tv,
