Taktiki duel: Qarabağın Nyukasla qarşı gizli silahları
UEFA
09.02.2026 10:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın İngiltərə Premyer Liqasının fiziki və intensiv futbolu ilə seçilən “Nyukasl Yunayted” klubu ilə qarşılaşması Azərbaycan çempionu üçün ciddi sınaq olacaq.

Eddi Haunun komandası yüksək temp, pressinq və cinah aktivliyi ilə tanınsa da, Qurban Qurbanovun kollektivinin Avropa təcrübəsi və taktiki elastikliyi bu duelə xüsusi maraq qatır.
“Qarabağ” üçün mümkün taktiki üstünlüklər kompakt müdafiə və sürətli keçidlərdən, topa nəzarət, tempin aşağı salınması, Avropa təcrübəsi və intizamdan ibarətdir.
“Qarabağ” Avropa oyunlarında tez-tez orta blok müdafiə sistemindən istifadə edir. Bu yanaşma “Nyukasl”ın sürətli hücumlarını ləngidə bilər. Premyer Liqa komandaları yüksək tempə öyrəşdiyi üçün “Qarabağ” bacardıqca oyunun ritmini azaltmalıdır. “Qarabağ” son illərdə müxtəlif səviyyəli rəqiblərə qarşı oynayıb və taktiki intizam baxımından stabil görünür. Bu faktor iki oyunluq duellərdə çox vacibdir.

Oyun ssenarilərinə gəlincə, “Qarabağ” Bakıda keçirəcəyi ilk oyunda daha riskli oynaya bilər. Erkən qol oyunun gedişatını dəyişə bilər. “Köhlən atlar” üçün ilk oyunda minimal hesablı qələbə və ya heç-heçə optimal nəticədir.
Nyukasl qarşılaşmasında isə sürətli əks-hücumlar əsas strategiya ola bilər.
Bir sözlə, kağız üzərində “Nyukasl” daha güclü və dərin heyətə malikdir. Premyer Liqa tempi və fiziki güc amili baxımından ingilis klubu cütün favoriti sayılır. “Qarabağ”ın taktiki disiplinli oyunu, Avropa təcrübəsi, iki oyunluq strategiya belə sensasiya ehtimalını tam aradan qaldırmır.
Namiq HUN
tag: Qarabağ,Nyukasl,UEFA,Futbol,Todaypress.tv,
