Şahruddin UEFA-nın siyahısına düşdü
Azərbaycanın futbol üzrə yığma komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində fərqlənən futbolçular arasında yer alıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın statistik göstəricisində bildirilib.
Millinin 31 yaşlı qolkiperi seçmə mərhələnin geridə qalan 4 matçında 19 seyv edib. Məhəmmədəliyev bu göstəricidə 82 qapıçı arasında 11-12-ci yerləri bölüşür.
Azərbaycan komandası mundialın 4 seçmə matçında 11 qol buraxıb.
Namiq HUN