"Sabah" Sloveniya klubuna məğlub oldu

"Sabah"  Sloveniya klubuna məğlub oldu
10.07.2025 22:55 UEFA

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində Pavol Şafranko dubl edib.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər